12 Dekabr 2019 20:18
203

Almaniya kansleri Angela Merkel “Forbes” jurnalı tərəfindən tərtib olunan 2019-cu il üzrə dünyanın ən nüfuzlu 100 qadınının siyahısına başçılıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nəşrin saytı məlumat yayıb.

İkinci yerdə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard qərarlaşıb. İlk üçlüyü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bağlayır.

“Almaniya kasleri Angela Merkel ardıcıl doqquzuncu ildir ki, ilk sırada dayanır. O, Avropada anti-immiqrant əhval-ruhiyyəsinə qarşı mübarizəni davam etdirir”, – deyə məlumatda bildirilir.

Siyahıda, həmçinin, amerikalı televiziya aparıcısı Opra Uinfri, Böyük Britaniya kraliçası II Yelizaveta, ABŞ Prezidentinin qızı və müşaviri İvanka Tramp (müvafiq olaraq 20, 40 və 42-ci yerlər) də yer alıb.

Ruslardan siyahıda Mərkəzi Bankın sədri Elvira Nabiullina (53-cü yer) təmsil olunur.

Reytinqdə sonuncu yerdə isveçli ekoaktivist Qreta Tunberq qərarlaşıb. Bu günlərdə “Time” jurnalı onu ilin adamı adlandırıb.


Müəllif: Səxavət