12 Dekabr 2019 22:24
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Baş prokuroru Məhəmməd Cəfər Muntazəri benzinin qiymətinin qalxmasına etiraz olaraq keçirilən aksiyalarla bağlı sensasion iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, baş prokuror öldürülən şəxslərdən bəzilərinin ov tüfəngi ilə vurulduğunu bəyan edib.

Muntazəri Məşhəd Universitetində çıxışında Qum şəhərində içərisində 84 ov tüfəngi və xüsusi mərmilər olan "Peugeot" markalı avtomobil ələ keçirildiyini söyləyib: "Ümumilikdə ölkə ərazisində keçirilən aksiyalarda öldürülənlərin bəziləri bu cür ov tüfəngi ilə vurulmuşdu".


Müəllif: Nərgiz