13 Dekabr 2019 00:26
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş Naziri Aleksey Qonçaruk arasında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.


Müəllif: Teleqraf.com