13 Dekabr 2019 00:22
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma "erməni soyqırımı" qətnamə layihəsini qəbul edən ABŞ Senatına Türkiyə tərəfindən sərt reaksiya verilib.

Teleqraf.com xəbər verir ki, Senata ilk təpkini Türkiyənin Rabitə naziri Fəxrəddin Altun göstərib.

Onun sözlərinə görə, ABŞ Senatının bəzi üzvlərinin davranışı Türkiyə-ABŞ əlaqələrinə ziyan vurur: "Tarix bu qərarları ABŞ Senatının bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və ağılsız hərəkəti kimi sübut edəcək".

Enerji və təbii qaynaqlar naziri Fateh Dönməz ABŞ Senatının üzvlərinin səhvlərini başa düşəcəklərinə ümid etdiyini bildirib: "İnşallah illərdir NATO və müxtəlif beynəlxalq arenalarda əməkdaşlıq etdiyimiz bu ölkəylə münasibətlərimizi relsə qoyarıq".


Müəllif: Nərgiz