13 Dekabr 2019 10:14
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Krallığın seçiciləri ölkəni Avropa Birliyindən ayırnaq xəttinin tərəfdarı Boris Consonun liderliyindəki Mühafizəkar Partiyaya səs verib.

Bununla da Boris Conson Londonda hökuməti təkbaşına qurmaq şansı əldə edib.

Ceremi Korbinin başçılığı altındakı Əmək Partiyası isə 1935-ci ildən bu yana ən pis nəticə ilə üzləşib.

İngiltərə parlamentinin 650 nəfərlik deputat kreslosunun 365-ni Mühafizəkar Partiyanın təmsilçiləri əldə edib. Bu, faktiki olaraq Baş nazir Consounun Avropa Birliyindən ayrılmaq qərarının parlamentdən keçirə bilməsi deməkdir.

Conson bəyan edib ki, ölkəsini Avropa Birliyindən ayıracaq.

Əmək Partiyası isə parlamentə 196 deputat daxil edə bilib. Bu arada bəlli olub ki, Ceremi Korbin növbəti seçkiərdə partiyanın liderliyində olmayacaq.

Seçkinin nəticələrinə görə, Şotlandiya Milli Partiya 52, Liberal Demokratik Partiya 13, Yaşıllatr Partiyası 1 deputat mandatı əldə edə bilib.

Liberal Demokratik Partiyasının lideri Jo Svinson isə parlamentə düşə bilməyib.


Müəllif: Cavad