13 Dekabr 2019 10:35
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni siyasi partiyaların liderləri bizdən dəstək üçün 20 millət vəkili istəsə, bunu verməyə hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan İyi Partiyasının sədri Meral Akşener deyib.

Akşener keçmiş nazirlər Əhməd Davudoğlu və Əli Babacanın qurduğu siyasi partiyalar haqda danışıb:

“Biz də bu yolu keçmişik, əlbəttə, dəstəyə ehtiyacları olsa, bunu edəcəyik. Vaxtilə biz də çətin vəziyyətdə qalmışdıq, kiməsə ümid etmişdik. Həmin dönəmdə 15 millət vəkili lazım idi ki, biz parlamentə girə bilək. Gedib Kılçdaroğludan kömək istədim, indi də Babacan və Davudoğlu belə bir kömək istəsə, biz buna hazırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu