13 Dekabr 2019 13:07
2 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “erməni soyqırımı” qətnamə layihəsini qəbul edən ABŞ Senatının qərarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Senatın qərarına Paşinyan özünün Tvitter səhifəsindən reaksiya verərək senatorlara təşəkkür edib:

“ABŞ Senatının qərarı ədalət və həqiqətin zəfəridir. XX əsrdəki ilk “soyqırımı” qurbanı 1,5 milyon şəxsin xatirəsinə sayğı və baş verənlərin bir daha təkrarlanmaması üçün atılan cəsur addımdır”.


Müəllif: Nərgiz