13 Dekabr 2019 13:26
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Senatının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin Türkiyə üçün qanuni qüvvəsi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül deyib.

O, ABŞ Senatının bu qərarının Türkiyə üşün qəbuledilməz olduğunu bildirib.

ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyasında baş verən olayları “erməni soyqırımı” kimi qəbul edən qətnamə qəbul edib.

Layihənin qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Trampın təsdiqləməsi lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu