13 Dekabr 2019 13:41
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin 31 yanvar tarixinə qədər Avropa İttifaqını tərk edəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, baş nazir “Sky News”a deyib:

“Biz “Breksit”i 31 yanvar tarixinə qədər həyata keçirəcəyik. Heç bir “əgər”, heç bir “yox” olmadan…”

Britaniyada dekabrın 12-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Mühafizəkarlar Partiyası parlamentdə mütləq çoxluq qazanıb. B.Consonun qeyd etdiyi kimi, Mühafizəkarlar Partiyası xalqdan “Breksit”i reallaşdırmaq üçün mandat alıb.


Müəllif: Səxavət