13 Dekabr 2019 14:22
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu qurduğu yeni siyasi partiya (Gələcək Partiyası) haqda ilk dəfə danışıb.

Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir siyasi partiyanın gələcək fəaliyyəti və prinsipləri haqda məlumat verib.

Davudoğlunun çıxışında Türkiyənin mövcud vəziyyətindən narazılığı da diqqətdən yayınmayıb:

“Hədəfimiz insanların təhlükəsiz yaşadığı bir ölkə qurmaqdır. Təzyiqçi hakimiyyətin nəzarətində olmayan azad bir medianın qurulması da hədəfimizdir. Ələvi və qeyri-müsəlman vətəndaşların problemlərinə və bərabər yaşamasına həll tapılacaq.

Partiyamız lider kultunu rədd edir, bunun nələrə səbəb olduğunu gördük. Qeyri-şəffaf parlamentar sistem də, prezident idarəetmə sistemi də problemlərin həlli deyil.

İndiki sistem davam etdikcə, demokratiyadan danışmaq mümkün olmayacaq. Bütün haqları müdafiə edən parlamentar sistemin qurulmasını istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu