13 Dekabr 2019 15:14
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və bu gün Senatdan keçən qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır. “Sülh Çeşməsi” əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq. Sanksiyalar və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Tvitter səhifəsində ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etməsini şərh edərkən deyib.

O, ABŞ Konqresinin üzvlərindən bəzilərinin Türkiyə-Amerika əlaqələrinə xələl gətirdiyini söyləyib: “ABŞ Konqresinin bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduqları üçün milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik”.

Fəxrəddin Altun qeyd edib ki, YPG ilə ittifaq qurmaq əvvəldən bəri ağılsız siyasət idi: “Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini və rifahını təmin etməyə davam edəcəyik. ABŞ Konqresinin bəzi üzvlərinin tarixi siyasiləşdirmək məqsədilə atdıqları hər addımda bu hadisələri araşdırmaq üçün birgə komissiya yaratmaq təklifimizi xatırlatdıq. Qeyd etdik ki, tarix millətləri bölməməli, əksinə onları birləşdirməlidir. Ancaq son bir neçə aydır ki, ABŞ Konqresinin bəzi üzvləri NATO müttəfiqinin fikirlərini və həssaslıqlarını nəinki görməzdən gəlirlər, eyni zamanda iki ölkə və cəmiyyət arasındakı münasibətləri gərginləşdirmək üçün məsuliyyətsiz hərəkət edirlər. Bu qərarlar Türkiyə ilə ABŞ arasındakı əlaqələrə heç bir fayda gətirməyəcək. Daha əvvəl də qeyd etdiyimiz kimi, ermənilərdən fikir ayrılıqlarımızı elmi və akademik kanallar vasitəsilə uzlaşdıracaq səylərin ABŞ Konqresi tərəfindən ortadan qaldırılmasına imkan yaratmamalarını gözləyirik. Tarix, bu qərarları ABŞ Konqresinin bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və məntiqsiz hərəkətləri olaraq görəcək. Bu qərarlarda imzası olanlar isə iki ölkə əlaqələrində uzunmüddətli ziyana səbəb olan tərəf olaraq tarixə düşəcək”.


Müəllif: Nərgiz