13 Dekabr 2019 18:28
579

Rusiya Federasiyasında əhalinin təbii azalma səviyyəsi pik həddə çatıb, vəziyyət çox xoşagəlməzdir, demoqrafiya sahəsində milli layihə bu vəziyyəti düzəltməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən, prezident və sosial sahədəki bütün rəhbər şəxslər tərəfindən dəfələrlə izah edilən demoqrafik problem indi öz kulminasiya nöqtəsindədir. Vəziyyət, əlbəttə ki, bu baxımdan çox xoşagəlməzdir. İki demoqrafik quyu bir araya gəlib”, – deyə Peskov cümə günü jurnalistlərə bildirib.

Mətbuat katibi əlavə edib ki, mövcud demoqrafik böhran “ölkəyə ötən on illiklərdən qalan mirasdır, hansı ki, biz indi bu mirası çiyinlərimizdə gəzdiririk”.

Bundan əvvəl Federal Dövlət Statistika Xidməti 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin sayında 236,9 min nəfər azalma olduğunu (2018-ci ilin yanvar-sentyabr aylarında 173,4 min nəfər) bildirib. KİV-də yayılan məlumatlara görə, bu, son 11 il ərzində rekord göstərici olacaq.

Noyabr ayında Hesablama Palatası Rusiyada əhalinin təbii azalmasının ardıcıl dördüncü ildir sürətləndiyi qənaətinə gəlib. Hesablama Palatasından qeyd ediblər ki, bu vəziyyət Rusiya Federasiyası əhalinin dayanıqlı təbii artımını təmin edən milli məqsədlərin həyata keçirilməsinə ciddi təhdid törədir.


Müəllif: Səxavət