13 Dekabr 2019 21:43
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi Rusiyanın 3 şirkətinə tətbiq etdiyi sanksiyanı geri götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin rəsmi məlumatında yazılıb.

Müəssiələrdən biri Kurqan vilayətindəki Mərkəzi İnzibati Dairə, digər şirkətlər isə “Vertikal” və “Unikom” MMC-lərdir. ABŞ həmin şirkətlərə və Rusiyanın 17 vətəndaşına qarşı sanksiyanı dekabrın 5-də tətbiq etmişdi.

Onlar kibercinayətdə ittiham olunurdular.


Müəllif: Teleqraf.com