Amerikanın Kentuki ştatının yanğınsöndürmə xidmətinin əməkdaşı Toni Qrider Ice Bucket Challenge aksiyasinda iştirakı zamanı cərəyan zərbəsi nəticəsində bədəninin 55%-nı yandırıb.
Yanğınsöndürənlər suyu universitet orkestrinin üzvəlirinin üzərinə tökməli idilər. Elektrik xətlərinə yaxınlaşan zaman Qrider və onun həmkarı yanğınsöndürən nərdivanının yuxarı pilləsində dayanmışdırlar.
Trend-in "CBS News"-a istinadan verdiyi məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə xidmətinin üç əməkdaşı xəstəxanaya yerləşdirilib, nəticədə onların ikisi evə buraxılıb, 41 yaşlı yanğınsöndürən Toni Qrider (Tony Grider) isə həlak olub. Tələbələrdən xəsarət alan olmayıb.
ALS Ice Bucket Challenge aksiyasinin mahiyyəti yan amiotrofik skleroz (YAS) ilə mübərizədir.
İştirakçılar ya 24 saat ərzində üzərilərinə soyuğ su tökməlidirlər, ya da ALS (YAS ilə mübarizə təşkilatı) üçün ianə etməlidirlər. Son vaxtlar ərzində aksiyaya dünya üzrə bir çox məşhur aktyor, müğənni, idmançı və siyasitətçilər qoşulublar. Aksiya zamanı artıq 65 million dollardan çox vəsait yığılıb.