14 Dekabr 2019 08:37
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzada keçirilən etiraz aksiyası İsrail hərbçiləri tərəfindən dağıdılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, aksiyanın dağıdılması zamanı beş fələstinli xəsarət alıb. Zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.

Fələstinlilər 2018-ci ilin 30 martından "Böyük qayıdış marşı" aksiyaları keçirirlər. Aksiyaların gedişatında bu günə kimi 200-dən çox fələstinli həlak olub.


Müəllif: Teleqraf.com