14 Dekabr 2019 10:11
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo İraqda Amerika hərbi bazasına raket zərbələrinə görə İranı ittiham edib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi açıqlamasında bu hücumun cavabsız qalmayacağını bildirib.

Mayk Pompeo İranın qonşu dövlətləri təhdid etdiyini və onların daxili işlərinə qarışdığını deyib:

“İran liderlərinə amerikalılara, müttəfiqlərimizə və milli maraqlarımıza zərər verən hücumlara cavab veriləcəyini xatırlatmaq istəyirəm. İran qonşularının suverenliyinə hörmət etməli, İraqda üçüncü tərəflərə yardım və dəstəyi dərhal dayandırmalıdır”

Bir neçə gün əvvəl ABŞ-ın Bağdad yaxınlığındakı hərbi bazasına raket zərbələri endirilib. İtkilərlə bağlı məlumat verilməyib, olayın məsuliyyətini üzərinə götürən də olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu