14 Dekabr 2019 12:51
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İmpiçment prosedurası ölkəmiz üçün çox pis nəticələrə gətirib çıxara bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp Konqresin Nümayəndələr Palatasının Ədliyyə Komitəsində onun vaxtından əvvəl hakimiyyətdən getməsini tələb edən qanun layihəsinin təsdiq olunmasına etiraz edib:

“Bu proses saxtakarlıqdır, insanları aldatmaqdır, cadugər ovudur. İmpiçment prosedurası ölkəmiz üçün çox pis olayların əsasını qoyur. Bir gün ölkənin başına demokrat bir prezident keçəcək və Nümayəndələr Palatasında üstünlük Respublikaçılarda olacaq. Həmin vaxt Demokratların bunu xatırlayacağından şübhəliyəm. Heç vaxt belə şey görməmişəm, insanlar artıq bezib”.

Tramp Demokratlar Partiyasının Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon görüşünün impiçment məsələsində istifadə edilməsi haqda isə bunları deyib:

“Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi iki il yarımdır məni vəzifədən uzaqlaşdırmağa çalışdıqlarını bildirdi. Amma iki il yarım əvvəl ortada telefon görüşü yox idi”.

Donald Tramp bu ilin iyul ayında telefon görüşündə ukraynalı həmkarına təzyiq etməkdə şübhəli bilinir.


Müəllif: Mənsur Rəğbətoğlu