14 Dekabr 2019 13:16
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan qazının Avropaya daşınmasını təmin edən Trans-Adriatik Boru Kəmərinin (TAP), Yunanıstan-Bolqarıstan Qovşağının (IGB) və İon-Adriatik Boru Kəmərinin (IAP) tikintisi üçün layihələrin icrasını sürətləndirmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.

Nazir bildirib ki, TAP, IGB və IAP kimi layihələr iki vacib dəhlizi meydana gətirir: Xəzərdən Balkanlara və Mərkəzi Avropaya qədər cənub enerji şəbəkəsi və Balkanlardan qitənin qalan hissəsinə qədər olan şaquli enerji şəbəkəsi:

“Bu layihələrin tamamlanması və ya planlaşdırılma mərhələsində sürətləndirilməsi lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu