14 Dekabr 2019 22:40
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın məşhur texnoloji bazası “Silikon Vadisi”ndə bir logistika proqram şirkətinin baş direktoru striptiz klublarında 76 min dollar xərclədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, “Turvo Inc.” adlı şirkətin qurucularından biri üç ildir şirkətə məxsus pullarla potansial müştərilərini razı salmaq üçün striptiz klublarına dəvət etdiyi ortaya çıxıb.

Olayın ortaya çıxması isə 39 şirkət rəhbərinə baha başa gəlib.

Onlar irəli sürülən ittihamları rədd etməsə də, vəzifəsindən uzaqlaşdırma prosedurasında haqlarını pozduğu iddiası ilə şirkəti məhkəməyə verib.


Müəllif: Mənsur Rəğbətoğlu