14 Dekabr 2019 15:00
357

Türkiyənin məşhur cütlüyü Fəxriyyə Evcen və Burak Özçivit oğulları Karanın üzünü göstəriblər.

Teleqraf.com xəbər verir ki, Fəxriyyə Evcen ilk dəfə İnstaqramda səkkiz aylıq oğlunun fotosunu paylaşıb.

Fotoya şəbəkə izləyiciləri tərəfindən minlərcə bəyənmə gəlib.

Qeyd edək ki, Fəxriyyə Evcenlə Burak Özçivit 2017-ci ildə evləniblər.


Müəllif: Rəqsanə Həsənova