14 Dekabr 2019 19:52
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kocaeli bölgəsində faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan Hüseyn T. binanın xaricində inşa edilmiş liftin təmir olunmasını istəyib.

Ersin Ö. lifti təmir etmək üçün kabinənin altına girib. Ancaq həmin məqamda lift boşaldığı üçün Ersin Ö. kabin altında qalıb. Ətrafdakı insanlar dəmir profilin köməyi ilə kabineti qaldırıb, yaralını xilas ediblər.

Liftin qanunsuz inşa edildiyini öyrənən polis hadisə ilə əlaqədar istintaq işi başladıb.


Müəllif: Teleqraf.com