21 Sentyabr 2014 12:07
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda aramsız yağan yağış güclü daşqınlara və fəlakətə yol açıb.

Pakistanı təsiri altına alan musson yağışları Celum, Ravi və Çenab çaylarında suların artmasına və nəticədə sel daşqınlarının yarnmasına səbəb olub. Ölkənin fövqəladə hallar idarəsi veridiyi açıqlamada, son 3 həftə ərzində Pəncab əyaləyi, Azad Kəşmir və Giolgitdə 3337 kəndi su basdığı deyilir.

İki milyondan çox indan sel daşqınlarından əziyyət çəkməkdədir. Pəncabda 269, Azad Kəşmir bölgəsində 64, Gilgitdə 13 nəfər olmaqla, 346 nəfərin öldüyü, 44175 nəfərin isə xəsarət aldığı bildirilir.

Sel daşqınlarından zərər çəkən bölgələrə 18 hərbi helicopter və 574 qayıqla ordu qüvvələri göndərildiyi və yaxın müddət ərzində 617775 nəfərin ərazidən təxliyə edildiyi açılanıb./anspress/


Müəllif:

Oxşar xəbərlər