14 Dekabr 2019 14:34
2 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada qiyamçı general Xəlifə Hafterə bağlı hərbi qüvvələr Ayn Zara şəhərində qadağan edilmiş bölgəyə girməsi səbəbindən Türkiyənin Pilotsuz Uçan Aparatını (PUA) vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumata görə, general Hafterin liderliyindəki Liviya Milli Ordusu BMT tərəfindən tanınan milli hökuməti devirmək məqsədilə paytaxt Trablusa qarşı hücuma keçib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Liviyanın tanınmış hökumətinə hərbi yardım verməyə hazır olduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu