14 Dekabr 2019 20:55
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan məşhur model Günay Musayevanın keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel Türkiyədən getməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tolqa Karel sosial şəbəkədə ona ünvanlanan “Niyə aktyorluqdan uzaqlaşıb, xarici ölkəyə getdiniz?” sualına “Sənin kimi dar düşüncəli insanlardan uzaqlaşmaq üçün” deyərək əsəbi şəkildə cavab verib.

Qeyd edək ki, Tolqa Karel Günay Musayeva ilə evli olub. Cütlüyün bir oğlu var. Tolqa Karel hazırda Amerikada yaşayır və orada ikinci dəfə evlənib. “Kamaz” markalı yük maşınında sürücülük edir.


Müəllif: Rəqsanə Həsənova