14 Dekabr 2019 21:40
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq nüvə sazişindən (INF) çıxan ABŞ-ın nüvə raketlərini sınaqdan keçirməsi narahatlıq yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət İdarəsinin rəisi Vladimir Yermakov deyib.

O, ABŞ-ın nüvə fəaliyyətinin Rusiyanın diqqətində olduğunu bildirib: “Mövcud vəziyyət bizi narahat edir. Məsələni diqqətdə saxlayacağıq”.

Yermakov ABŞ-ın nüvə sazişindən çıxmasından bir neçə ay sonra sınaqlar başladığını, buna əvvəlcədən hazırlaşdığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu