15 Dekabr 2019 13:20
958

Türk donanması Şərqi Aralıq dənizində axtarış aparan İsrail gəmisinə mane olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalı məlumat yayıb.

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfindən Şərqi Aralıq dənizindən çıxarıldığı bildirilir.

Türkiyə donanmasına aid gəmi “Bat Qalimə” ərazidən uzaqlaşması barədə əmr verib.

Telekanalın müxbiri Barak Ravidin iddiasına görə, hadisə zamanı gəmi Cənubi Kiprin ərazi sularında olub.

Xatırladaq ki, Türkiyə ilə Liviya Milli Barış hökuməti arasında əldə edilən anlaşma memorandumu birmənalı qarşılanmır.


Müəllif: Teleqraf.com