15 Dekabr 2019 17:47
1 238

"Lockheed Martin Corporation" ABŞ Hava və Dəniz Qüvvələri üçün dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulan "Precision Strike Missile"ın (PrSM) rus hava hücumundan müdafiə sistemlərini üstələyəcəyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, "Breaking Defense"ə danışan amerikalı general Con Refferti raketin ilk növbədə Avropa əməliyyat meydanında Ruiya hava sistemlərinə qarşı tədbir kimi istifadə ediləcəyini deyib.

Onun sözlərinə görə, raket həmçinin Sakit Okeanda Çin hərbi gəmilərinə müqavimət göstərəcək.

Raket dekabrın 10-da Yeni Mexikoda "White Sands" poliqonunda sınaqdan keçirilib.


Müəllif: Teleqraf.com