15 Dekabr 2019 20:27
584

Serbiyanın cənubunda qatar sərnişin avtobusu ilə toqquşub.

Teleqraf.com xəbər verir ki, toqquşma zamanı 3 nəfər həlak olub, 22-si ağır yaralanıb.
Yerli polisin məlumatına əsasən, hadisə səhər saat 06:30-da Niş şəhəri yaxınlığında baş verib. Qatar məktəb avtobusuna dəyərək onu iki yerə parçalayıb.

Xəstəxanaya yerləşdirilən 22 yaralının 21-i uşaqdır. Həkimlərin qənaətinə görə, yaralılardan 6-sının vəziyyəti ağırdır.


Müəllif: Teleqraf.com