16 Dekabr 2019 00:26
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli 1TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Herat əyalətinin eyniadlı paytaxtında qeydə alınıb. Hücum zamanı hüquq-mühafizə orqanlarının üç əməkdaşı öldürülüb.

Qeyd edilir ki, silahlılarla atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib.


Müəllif: Teleqraf.com