16 Dekabr 2019 08:00
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ son 30 ildə ilk dəfə Çinin 2 diplomatını ərazisindən çıxarıb.

Teleqraf.com xəbər verir ki, Çin diplomatları Virciniya ştatda hərbi bazaya qanunsuz girməyə cəhd edib.

Persona non-qrata edilmiş diplomatlardan biri Çinin xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinir.

Hər iki diplomat hərbi bazanın ərazisinə öz arvadları ilə birlikdə girməyə çalışıb. Onlar saxlanılıb və bazadan çıxarılıb.

Dilomatlar isə iddia edirlər ki, ingilis dilini pis bildiklərinə görə anlaşılmazlıq yaranıb.

Qeyd edilir ki, bu, uzun illər ərzində Çin Xalq Respublikası diplomatlarının ölkəyə ilk göndərişidir.


Müəllif: Teleqraf.com