16 Dekabr 2019 09:48
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Əfqanıstanda saxladığı 13 min hərbi qüvvədə 4 minini geri çəkmək haqda qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN ABŞ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin iddiasına görə, ABŞ 2001-ci ildən bu yana Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlara 133 milyard dollar maddi vəsait xərcləyib.

2300 amerikalı hərbçinin həyatını itirdiyi Əfqanıstanda 58 mindən çox əfqan əsgəri, 38 min mülki şəxs, 42 min terrorçu öldürülüb.

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Əfqanıstana səfər edərək, Talibanla müzakirələrin yenidən başladığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu