16 Dekabr 2019 11:07
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya ilə təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında razılaşma Türkiyə Böyük Millət Məclisinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu razılaşmanın parlamentdə ratfikasiya edilməsi Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi üçün hüquqi təməl rolunu oynayacaq.

Razılaşmaya əsasən, Liviya hökumətindən tələb daxil olduğu halda Türkiyə bu ölkəyə hərbçilər göndərməlidir. Rəsmi Ankara Liviyadakı milli barış hökumətini müdafiə edəcəyini gizlətmir.

Diqqqət çəkən məqam odur ki, Liviya ilə hərbi razılaşma müdafiə naziri Hulusi Akarın Liviya milli barış hökumətinin başçısı Fayiz əs-Sərracla Dohada görüşündən dərhal sonra parlamentə daxil olub.

Hazırda bir neçə ərəb dövləti Liviyada marşal Haftarın hakimiyyətə gəlməsinə açıq dəstək verirlər.


Müəllif: Cavad