16 Dekabr 2019 11:58
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın dövlət başçısı Bəşər Əsəd ABŞ-ın Suriyada ələ keçirdiyi neft yataqlarını Türkiyə tərəfinə satdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Çinin “Phoenix” telekanalına müsahibəsində bildirib. Bəşər Əsədin sözlərindən Suriyanın “SANA” agentliyi sitat gətirib.

Jurnalistin Fərat çayının şərqindəki yataqlardan çıxarılan neftlə bağlı nəyin baş verdiyinə dair sualını cavablandıran Əsəd “Amerika indi nefti oğurlayıb Türkiyəyə satır” deyib.


Müəllif: Səxavət