16 Dekabr 2019 12:24
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko ali vəzifədə işləyərkən, qarşılaşdığı çətinliklərdən danışıb və bəzi hallarda yaşamaq arzusunun sönməsinin səbəbini izah edib.

Teleqraf.com xəbər verir ki, Belarus lideri BELTA informasiya agentliyinə müsahibəsində deyib:

“Səhər işlərimi korlayacaqlar... Nazirlərin məruzələrindən sonra yaşamaq istəmirsən. Nahar vaxtı qara buludların arxasından bir növ günəş görünür. Axşama doğru – yenidən sönür. Sonra gecələr yata bilmirsən”.

Bununla yanaşı Lukaşenko dövlət başçısının işini tibbi təcrübə ilə müqayisə edib. Onun sözlərinə görə, həkimə bir gündə ərzində çoxlu təriflər söylənə bilər. “Qurşağa doğru əyilmək, diz çökmək, çəkmədən öpmək”, – nahardan sonra isə elə söyürlər ki, yaşamaq istəmirsən:

“Yəni, mən öz işimi tibbi təcrübə ilə müqayisə etməklə demək istəyirəm ki, insanlardan xoşagəlməz şeylər də eşidirsən”.

“Bu sizin taleyinizdir. Siz (həkimləri nəzərdə tutur) gündə birini müalicə edirsiniz, ancaq birinə kömək edə bilmirsiniz. Həyatınız və əhvalınız bundan asılıdır. Demək olar ki, mənimki də belədir”, – deyə Lukaşenko bildirib.

Bir müddət əvvəl A.Lukaşenko 25 il sonra ölkəni idarə etdikdən sonra yorulmasından danışmışdı.


Müəllif: Səxavət