21 Sentyabr 2014 16:06
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla iqtisadi əlaqələrin güclənməsi Ankaranın əsas prioritetlərindən biridir.

Trend Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin bazar günü İranın İRNA agentliyinə müsahibəsinə istinadən bu barədə məlumat verir.

Onun sözlərinə görə, Türkiyə və İran arasında preferensial ticarət haqqında müqavilənin yerinə yetirilməsi çox böyük əhəmiyyətə malikdir.

İqtisadi əməkdaşlığın perspektivlərinin çox ümidverici olması barədə nazir deyərək əlavə edib ki, sazişin icrası qarşılıqlı ticarətin möhkəmlənməsinə kömək edəcək.


Müəllif:

Oxşar xəbərlər