16 Dekabr 2019 12:54
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalı ən məşhur 10 milyarderin adının qeyd edildiyi material yayımlayıb.

Teleqraf.com xəbər verir ki, nəşr əvvəlcə “Wildberries” onlayn mağazasının qurucusu Tatyana Bakalçukdan bəhs edib.

Qeyd edilib ki, Bakalçuk Rusiyada milyarder olan ikinci qadındır. O, 2004-cü ildə analıq məzuniyyətində olarkən “Wildberries”i yaradıb.

Hazırda sayt 15 min brend (geyim, ayaqqabı, ev üçün əşyalar və digər mallar) satır, onu hər il Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandan 2 milyon istifadəçi ziyarət edir. Onun 2018-ci ildə mədaxili 1,9 milyard dollar olaraq qiymətləndirilib.

Rusiyanın ilk milyarder qadını isə bu günlərdə vəfat edən Moskva şəhərinin sabiq meri Yuri Lujkovun həyat yoldaşı olmuş Yelena Baturinadır.


Müəllif: Səxavət