16 Dekabr 2019 14:57
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Stiven Kvastın ölkəsinin sahib olduğu texnologiya haqda açıqlaması müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, o, Vaşinqtonun insanı dünyanın hər hansı nöqtəsindən başqa bir nöqtəyə 1 saatdan qısa müddətədə aparmasına imkan verən texnologiyaya yiyələndiyini iddia edib.

Xatırladaq ki, daha öncə kosmik gəmi və raket istehsalçısıdır SpaceX-in CEO-su (icraçı direktoru) Qvyni Şotvel “Big Falcon Rocket” nəqliyyat sisteminin 10 il ərzində işləyəcəyini və bir saatdan da az vaxtda insanı dünyanın hər hansı nöqtəsinə aparacağını açıqlamışdı.


Müəllif: Leyla