16 Dekabr 2019 14:18
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır.

Axar.az xəbər verir ki, bu barədə “Vətənpərvər” verilişinin efirində Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı “mübahisəli ərazi” terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu əlində tutması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır:

“Düzgün yanaşmanı tapmaq vacibdir. Ermənistanın özünün də qəbul etdiyi faktlar irəli sürülməlidir. Söhbət Ermənistanın işğal etdiyi və heç vaxt Dağlıq Qarabağın “mübahisəli ərazilərinə” daxil olmamış Azərbaycanın yeddi rayonundan gedir”.

Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən o, dərhal Ermənistanın Azərbaycanın bu yeddi rayonunun işğal faktı barədə danışır və onun həmsöhbətləri düşünürlər ki, əgər Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb:

”Bu yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”.

Perenciyev əmindir ki, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar”.


Müəllif: Teleqraf.com