16 Dekabr 2019 14:49
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı ilə İran arasında gizli danışıqlar baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Səudiyyə Ərəbistanının şərqindəki “Saudi Aramko” şirkətinə məxsus neft emalı zavodlarına təşkil edilən hücumdan sonra Tehranla münasibətləri daha da soyuyan Ər-Riyadın xarici siyasətində dəyişiklik etdiyi, regional rəqibləri ilə münasibətlərdə normallaşdırma yolunu tutduğu bildirilir.

Məlumata görə, tərəflərin təmasına Oman, Küveyt və Pakistan vasitəçilik edib.

İranın Parisdəki səfiri Bəhram Qasemi və digər rəsmilərə istinadla Tehranın Ər-Riyada qarşılıqlı atəşkəs paktını özündən birləşdirən və neft ixracının təhlükəsizliyini təmin etməyi hədəfləyən sülh planı təqdim etdiyi iddia olunub.

Nəşrin yazdığına görə, Səudiyyə təkcə rəsmi Tehranla deyil, husilərlə də gizli danışıq aparıb.


Müəllif: Nərgiz