16 Dekabr 2019 15:28
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

34 yaşlı Sanna Marinin Finlandiyanın ən gənc baş naziri kimi vəzifəsinin icrasına başlaması qonşu ölkə Estoniya ilə diplomatik gərginliyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Estoniyanın daxili işlər naziri Mart Helm xanım baş naziri “kassir” və “cahil” adlandırıb.

Eston nazir məlum açıqlamasında 34 yaşlı Marin haqda deyib: “Bir kassirin baş nazir olduğunu da gördük. Küçə fəalları və cahil insanlara hökumətdə yer verildi”.

Fin körfəzində yerləşən iki qonşu ölkə arasında baş verən gərginliyin səbəbi də Estoniya xarici işlər nazirinin baş nazir haqda bu həqarət dolu sözləri olub:

“Leninin mətbəxtdə işləyənlərin belə nazir ola biləcəyi ilə bağlı sözlərini xatırlayıram. İndi də bir kassir qızın baş nazir olduğunu gördük”.

Helmin sözləri Finlandiyada etirazlara səbəb olub. Finlər sosial şəbəkələrdə estoniyalı nazirin açıqlamasında sərt reaksiya verib. Gərginliyin artmasından sonra Sanna Marin də açıqlama verərək, mübahisələrə qoşulub:

“Finlandiya ilə qürur duyuram. Burada yoxsul bir ailənin uşağı da yaxşı bir təhsil alıb hər şeyi bacara bilir. Hətta bir kassir də baş nazir ola bilir. Finlandiya fəhlələri olmadan sağ qala bilməzdi”.

Finlandiya tarixinin ən gənc baş nazirinin sözləri vətəndaşlar tərəfindən təqdir olunub.

Estoniya daxili işlər naziri səsləndirdiyi fikirlərin şəxsi olduğunu, ölkəsinin rəsmi mövqeyini əks etdirmədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu