16 Dekabr 2019 15:35
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın hərbi qüvvələri üçün İncirlik və Kürəcik bazalarının bağlanması NATO ilə əlaqələrin dondurulacağını ifadə edəcək. Bu qərarın siyasi, hərbi və büdcə xərcləri çox yüksək olacaq, bu, Ankara üçün ağılasığmaz addımdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yuliya Kudryaşova deyib.

Ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə əlaqədar açıqlamasını şərh edib:

“Bu baza həqiqətən bağlansa, bu, Türkiyənin NATO ilə münasibətlərini dondurmaq deməkdir. Türkiyə buna nə qədər hazırdır? Çünki Türkiyə ordusu NATO standartlarına əsaslanan silahlarla silahlanıb. Hətta Rusiyadan “S-400” kompleksi satın alsalar da, bu, həqiqətən texniki cəhətdən NATO standartlarına uyğun deyil.

Yəni, Rusiyadan bu sistemlərin alınması ordunun yenidən silahlanması deməkdir, bunun büdcə xərclərinin nə qədər olacağını nəzərə alsaq, bu, Ankara üçün ağılasığımaz addımdır. Üstəgəl, Türkiyə iqtisadiyyatı da yaxşı vəziyyətdə deyil”.

Yuliya Kudryaşova Ankaranın tədricən NATO standartlarından imtina etmək niyyətində olduğunu istisna etməyib.

Bundan əvvəl Türkiyə Prezidenti Tayyib Ərdoğan Ankaranın ABŞ-ın sanksiyalarına cavab olaraq İncirlik və Kürəcəik ABŞ hərbi bazalarına bağlaya biləcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu