21 Sentyabr 2014 20:26
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko öz ölkəsinin ordusunu Qərb dünyasının müdafiəçisi adlandırıb.

Musavat.com-un məlumatına görə, bu barədə prezident özünün Feysbuk səhifəsində yazıb.

“Bu gün Ukrayna təkcə öz ərazisinin müdafiəsinə qalxmayıb. Bizim Donbasdan həm də demokratiya və azadlığın şərq sərhədi keçir. Bizim uşaqlar yalnızca öz torpaqlarını deyil, həm də Polşanın, Baltikyanı ölkələrin, Rumıniya və Macarıstanın, onlarla bahəm bütün Qərb dünyasının demokratik hüquqlarını və azadlığını qoruyur” – qeyd edib Poroşenko.

Onun sözlərinə görə, “Ukrayna son nəfəsə kimi döyüşməyə hazırdır”. “Axı, biz düşməni məhv eləmək üçün yox, sülhü qorumaq üçün vuruşuruq. Sülh – bizim dəyərimizdir” - əlavə edib Ukrayna prezidenti.


Müəllif: