16 Dekabr 2019 17:34
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ordu-donanma futbol müsabiqəsindən canlı yayım zamanı müdavimlərin əl hərəkəti sosial mediada mübahisələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Filadelfiya ştatında keçirilən mərasimdə kursantlardan bəzilərinin nifrət işarəsi göstərməsi qalmaqal yaradıb.

Birbaşa yayım zamanı aparıcının arxasında düzülmüş hərbçilərdən bəziləri baş və işarət barmağını birləşdirərək “O” şəklində işarə göstərib. Məlumatlara görə, “okey” – “yaxşı” mənasını ifadə edən bu hərəkət əslində “ağ millətçiliyin” işarəsi kimi bilinir.

Rəsmilər görüntülərlə əlaqədar araşdırma başladıldığını açıqlayıb.


Müəllif: Leyla