İranın tanınmış yazıçısı Əhməd Bigdeli ürək çatışmazlığından vəfat edib.
1945-ci ildə İranın Əhvaz şəhərində anadan olan Əhməd Bigdeli 1980-ci ildə roman yazmağa başlamışdı. O, “Balinanın səsi, “Alma bağı”, “Bir az kölgə”, “Evdən kənar bir gecə” adlı məşhur romanların müəllifidir.
Ə.Bigdeli əsərlərində ailə-məişət və məhəbbət mövzularına toxunaraq hər bir insanın keçirdiyi hissləri oxucuya anlaşıqlı və sadə xalq dilində çatdıra bilirdi. Onun müəllifi olduğu kitablar bir neçə dəfə İranda ilin kitabı seçilmişdi.
Ə. Bigdeli İranın Nəcəfabad şəhərində dəfn edilib.
AzərTAc