Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 69-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Teleqraf.com-un somdakina.com-a istinadən verdiyi xəbərə görə, ABŞ-a etdiyi 5 günlük səfəri zamanı Ərdoğanın İraqın yeni prezidenti Fuad Məsum və Fələstin prezidenti Mahmud Abbas ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Prezident kimi ilk dəfə ABŞ-a gələn Ərdoğan bu gün Əlaqələr Şurasının konfransda çıxış edəcək və BMT Baş Katibi Pan Gi Mun ilə görüşəcək.
Ərdoğan axşam saatlarında isə Obama tərəfindən liderlər şərəfinə veriləcək ziyafətə qatılacaq.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.