"İslam Dövləti" (İŞİD) terror təşkilatının Türkiyənin 49 vətəndaşı ilə birlikdə girov götürdüyü "Fırtına" adlı it Türkiyəyə verilməyib. Teleqraf.com "Habertürk"ə istinadən xəbər verir ki, 5 ildir Türkiyənin Mosul konsulluğunda saxlanılan itin əsas funksiyası partlayıcı maddələri tapmaq olub.
Belçika və Almaniya çoban itlərindən törəyən 6 yaşlı "Fırtına" son günlərə qədər girovlarla birgə olub. Amma son günlər İŞİD-ə qarşı atılan hava zərbələri nəticəsində təşkilatın iki üzvü ilə birlikdə it də ölüb.
Ayxan