22 Sentyabr 2014 13:04
510

Filippində bir həftə boyunca hökm sürən tropik fırtına paytaxt Manila başda olmaqla bir çox şəhərdə selə səbəb olub.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, rəsmilər fəlakət nəticəsində 11 nəfərin öldüyünü, 12 sakinin yaralandığını, 2-nin isə itkin düşdüyünü bildirirlər.

Fəlakətin ən çox təsir etdiyi Manila, İlocos, Mərkəz və Cənub Luzon, Bicol, Mərkəz Visayas, Cordilera bölgələrində bir milyondan çox insan sel fəlakətindən əziyyət çəkib. Minlərlə insan evakuasiya mərkəzlərində qalıb.

Xatırladaq ki, ildə orta hesabla 20 fırtınanın yaşandığı Filippin 2009 ildə 40 ilin ən böyük sel fəlakətini yaşayıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:
Загрузка...