İtaliyanın sabiq baş naziri Silvio Berluskoni "Güclü İtaliya" (Forza İtalia) Partiyasının gənc siyasətçilər üçün keçirdiyi toplantıda "İslam Dövləti" (İŞİD) ilə bağlı çıxış edib.
Teleqraf.com xəbər verir ki, baş nazir belə mir məqamda İsrailin özünü müdafiə üçün "İŞİD"ə qarşı atom bombasından istifadə etməsini doğru sayıb: "Yəhudilər bir dəfə "Dəli Hitler"in soyqırımı siyasətinə məruz qalıblar. İndi İslam təşkilatı yəhudiləri o torpaqlardan qovub İsrail dövlətini yer üzündən silmək istəyir. Qorxu içərisində yaşayan yəhudilərin yerində olsaydınız, siz nə edərdiniz? Əminliklə deyə bilərəm ki, hazırda İsrail xalqının çoxu özünü madafiə etmək üçün atom bombasından istifadəni doğru hesab hesab edir".
Ayxan