22 Sentyabr 2014 15:09
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının (BMMYK) Türkiyə nümayəndəsi Karol Batçelor beynəlxalq cəmiyyəti Türkiyəyə təcili yardım göndərməyə çağırıb.

Teleqraf.com sabah.com-a istinadən xəbər verir ki, o, bu çağırışı “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının təzyiqlərindən qaçan təxminən 100 min suriyalının son iki gündə Türkiyəyə sığınması ilə izah edib.

Batçelor bu qədər böyük bir köç dalğasında ən güclü ölkələrin belə ciddi böhranla qarşılaşdıqlarını qeyd edib.

Türkiyənin son dərəcə sabit bir mövqe nümayiş etdirdiyini və türk xalqının suriyalı qaçqınlara qarşı çox yaxşı və səxavətli davrandığını dilə gətirən Batçelor Türkiyənin qaçqınlar üçün həyata keçirdiyi "açıq qapı" siyasətini təqdir etdiklərini deyib.

ABŞ-dan ən son 20 milyon dollar yardım aldıqlarını, ümumilikdə isə ABŞ-ın Türkiyəyə bu il göstərdiyi yardım miqdarının 50 milyon dolları keçdiyini deyən Batçelor bütün ölkələri qaçqınlara yardımları artırmağa çağırıb.

Türkiyəyə gələn yardım miqdarının İraq, İordaniya, Livan və Misir kimi suriyalı qaçqınlara ev sahibliyi edən digər ölkələrdən daha az olduğunu deyən Batchelor bunun səbəbini Türkiyənin beynəlxalq yardımları qəbul etmək məsələsində istəksiz olduğunu açıqlayıb:

“BMMYK son 24 saatda 20 yük avtomobili dolusu yardım materialını Şanlıurfaya göndərib. Suriyalıların ölkələrinə qayıdıb həyatlarını yenidən qurduqları günü görməyi çox istəyirik. Bu sadəcə yeyəcək, təhlükəsizlik və sığınmağa yönəlik bir investisiya deyil, hamımızın gələcəyə apardığı bir investisiyadır”.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər