22 Sentyabr 2014 16:04
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şanlıurfa rayonunun Suruç qəsəbəsi ilə sərhəddə yerləşən Suriyanın Karabuk kəndinə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının rəmzi bayrağı asılıb.

Teleqraf.com milliyyet.com-a istinadən xəbər verir ki, Suriyanın Tel Abyad ilə Aynəl Ərəb regionları arasında İŞİD ilə Demokratik Birlik Partiyası (PYD) arasında qarşıdurmalar davam edir.

Aşağı Oylum məhəlləsinin muxtarı Hüseyn Gündoğdu verdiyi açıqlamada kənddə qalan suriyalıların 3 gün əvvəl qorxaraq Türkiyəyə gəldiyini, bayrağın da dünən gecə asıldığını bildirib. O deyib ki, suriyalıların Türkiyəyə keçidi zamanı sərhədə yaxın bölgədən zaman-zaman silah səsləri də gəlir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər